...

Rusiya-Ukrayna münaqişəsində irəliləyiş olmazsa, vasitəçilikdən imtina edilə bilər - ABŞ

Dünya xəbərləri Materials 30 Aprel 2025 03:47 (UTC +04:00)
Rusiya-Ukrayna münaqişəsində irəliləyiş olmazsa, vasitəçilikdən imtina edilə bilər - ABŞ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası Rusiya ilə Ukrayna arasında gedən münaqişənin sülh yolu ilə həlli istiqamətində real irəliləyiş baş vermədiyi təqdirdə, bu prosesdəki vasitəçi rolundan geri çəkilə bilər.

Trend xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs brifinq zamanı dövlət katibi Marko Rubionun sözlərinə istinadən açıqlama verib.

"Dövlət katibi mənə bu yaxınlarda Rusiya və Ukrayna arasındakı vəziyyətlə bağlı dedi: hazırda elə bir mərhələdəyik ki, hər iki tərəf münaqişəyə son qoymaq üçün konkret təkliflərlə çıxış etməlidir. Bundan sonra necə hərəkət edəcəyimizə prezident qərar verəcək. Əgər irəliləyiş olmazsa, biz vasitəçi statusundan imtina edəcəyik", – deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti