...

Asiya Çempionlar Liqasında "Əl-Əhli" finala yüksəldi

Dünya xəbərləri Materials 30 Aprel 2025 06:11 (UTC +04:00)
Asiya Çempionlar Liqasında "Əl-Əhli" finala yüksəldi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində bu gün keçirilən ilk qarşılaşmada Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" komandasına 1:3 hesabı ilə məğlub olub.

Trend xəbər verir ki, bu nəticə ilə "Əl-Əhli" turnirin finalına vəsiqə qazanıb.

Yarımfinal mərhələsinin digər görüşündə isə bu axşam Bakı vaxtı ilə saat 20:30-da portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Yaponiyanın "Kavasaki Frontale" komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları bir matç üzərində keçirilir və qalib komanda birbaşa finala vəsiqə qazanır.

Xəbər lenti

Xəbər lenti