Bakı. Trend:
Münhenin “Bavariya” klubu futbol üzrə Almaniya Bundesliqasında 34-cü dəfə çempionluğunu rəsmiləşdirib.
Trend-in məlumatına görə, 32-ci turda “Leypsiq”lə 3:3 hesablı heç-heçə edən Bavariya əsas izləyicisi olan “Bayer”in də “Frayburq”la səfər oyununda 2:2 hesablı bərabərlik əldə etməsindən sonra qalan iki turda xal fərqini qoruyaraq vaxtından əvvəl çempionluğu təmin edib. “Bayer” hazırda liderlə 8 xal geridədir və bu fərqi aradan qaldırmaq artıq mümkün deyil.
Bu, Bundesliqa tarixində rekord göstəricidir – 34 çempionluq. Müqayisə üçün, “Nürnberq”in 9, “Borussiya Dortmund”un isə 8 çempionluğu var.
Qeyd edək ki, “Bavariya” son 13 mövsümdə 12-ci dəfə ölkə çempionu olur. Yalnız ötən mövsüm komanda üçüncü pillə ilə kifayətlənmişdi.
Bundan əlavə, komandanın 31 yaşlı ingilis hücumçusu Harri Keyn karyerasında ilk dəfə olaraq titul qazanıb.