Bakı. Trend:
"iPhone 17 Air" ultranazik modeli ilə bağlı yeni məlumatlar açıqlanıb.
Trend “The Information” jurnalına istinadla xəbər verir ki, bu model üçün daxili batareyaya malik xüsusi qoruyucu çexol buraxılacaq. Bu qərar cihazın əvvəlki modellərlə müqayisədə daha nazik olması və nəticədə batareya tutumunun azalması ilə əlaqələndirilir.
Məlumata görə, "iPhone 17 Air" yalnız bir dinamiki və kamerası ilə təchiz olunacaq, həmçinin SIM-kart yuvası olmayacaq.
"Apple" bu qeyri-standart modelə olan tələbatla bağlı tam əmin deyil. Buna görə də istehsal gücünün cəmi 10 faizi məhz bu model üçün nəzərdə tutulub.
Yeni modelin 2025-ci ilin sentyabrında təqdim olunması planlaşdırılır. "iPhone 17 Air" ilə yanaşı, digər yeni "iPhone" modelləri də satışa çıxarılacaq.