...

Türkiyənin avtomobil ixracı 5 milyon dolları keçib

Dünya xəbərləri Materials 5 May 2025 13:53 (UTC +04:00)
Türkiyənin avtomobil ixracı 5 milyon dolları keçib

Bakı. Trend:

2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 12 milyon 635 min 489 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 3 milyon 145 min 722 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 14,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 37 milyon 970 min 141 dollar məbləğində avtomobil ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti