...

Rumıniyanın baş naziri istefa verib

Dünya xəbərləri Materials 5 May 2025 22:16 (UTC +04:00)
Rumıniyanın baş naziri istefa verib

Bakı. Trend:

Rumıniyanın baş naziri Marçel Çolaku istefa verdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

"Gələcək prezidentin məni əvəz etməsinə icazə vermək əvəzinə, özüm istefaya getməyə qərar verdim", - deyə o bildirib.

Onun qərarı hakim koalisiyanın namizədi Krin Antoneskunun birinci turdan bir gün əvvəl prezidentlik yarışından çıxmasından sonra verilib.

Qeyd edək ki, mayın 4-də Rumıniyada prezident seçkilərində səsvermənin birinci turu keçirilib. Nəticədə ifrat sağçı “Rumınların Birliyi Naminə Alyans” partiyasının rəhbəri Corce Simion və müstəqil namizəd, Buxarest meri Nikuşor Dan ikinci tura keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti