Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Böyük Vətən Müharibəsində Faşizm üzərində Qələbə Gününün 80-ci ildönümündə Ukraynada atəşkəs elan etmək qərarını yüksək qiymətləndirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərin suallarını cavab verərkən bildirib.
"Düşünürəm ki, biz uzun bir yol qət etmişik və bəlkə nəsə olacaq, ümid edirik ki, olacaq", - deyə o bildirib.
D.Tramp vurğulayıb ki, indi bütün tərəflər münaqişənin həlli üçün əlverişli mövqedədir. Onun sözlərinə görə, həm Rusiya, həm də Ukrayna məsələnin sülh yolu ilə həllinə sadiqdir.
"Bildiyiniz kimi, Prezident Putin indicə üç günlük atəşkəs elan etdi, bu o qədər də çox səslənmir, amma haradan başladığımızı bilirsinizsə, çox şey deməkdir", - deyə ABŞ prezidenti qeyd edib.