Bakı. Trend:
ABŞ Qəzza zolağının sakinlərinə ərzaqla kömək etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donal Tramp deyib.
"Qəzza əhalisinə ərzaq almaqda kömək etmək niyyətindəyik. İnsanlar aclıqdan ölür və biz onlara yeməyin almasına kömək edəcəyik", - deyə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bir çox insanlar [Qəzza zolağında] çox pis yaşayırlar. Əgər baxsanız, HƏMAS bunu qeyri-mümkün edir, çünki onlar [anklava] gətirilən hər şeyi alırlar. Amma biz Qəzza xalqına kömək edəcəyik, çünki HƏMAS onlarla çox pis davranır", - deyə D.Tramp əlavə edib.