...

Türkiyənin yeni nəsil "Kaan" qırıcılarının hazırlanması üzrə sürətləndirilmiş iş aparılır

Dünya xəbərləri Materials 6 May 2025 09:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin TUSAS şirkəti beşinci nəsil “Kaan” qırıcılarının hazırlanması üzərində aparılan işləri sürətləndirəcək. Plana əsasən artıq 2028-ci ildən Türkiyə Hərbi Hava Qüvvələrinin bu hərbi təyyarə ilə təchiz olunması nəzərdə tutulub.

Trend xəbər verir ki, bu haqda “Defense News” məlumat yayıb.

TUSAS baş direktoru Mustafa Demiroğlu bildirib ki, hal-hazırda qırıcının ikinci və üçüncü prototipinin yığılması üzərində işlər aparılır. Sınaqlarda ümumilikdə 4 prototipdən istifadə oluncaq.

İkinci prototipin hazırlanması artıq gələn ilin əvvəlinə qədər başa çatdırılmalıdır.

Qeyd edək ki, “Kaan” qırıcısının prototipləri və ilk partiyası Amerikanın “General Electric F110” mühərrikləri ilə təchiz olunacaq. Qırıcılar Türkiyə ordusunun köhnəlmiş “F-4E Phantom” və “F-16 Fighting Falcon” hərbi reaktiv təyyarələrini əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti