Bakı. Trend:
Ötən gecə İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəncirvari ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, bunu İranın Kirman vilayətinin Bəm rayonunun təcili yardım idarəsinin direktoru Həmid Barani yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, baş verən ağır yol qəzası nəticəsində 5 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Barani bildirib ki, 5 avtomobil və bir motorsikletin iştirakı ilə baş verən qəzada ölənlərdən biri və yaralılardan ikisi polis əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.