...

Vaşinqton Universitetini ələ keçirmiş 30-a yaxın fələstinyönümlü fəal saxlanılıb

Dünya xəbərləri Materials 6 May 2025 15:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerika Birləşmiş Ştatlarının Sietl şəhərində Vaşinqton Universitetini ələ keçirmiş 30-a yaxın fələstinyönümlü fəal saxlanılıb.

Trend xəbər verir ki, bu barədə ABŞ KİV məlumat yayıb.

Qəzzadakı vəziyyətlə bağlı etiraz edən tələbələr binanın girişini ələ keçirib, çöldəki iki zibil konteynerini yandıraraq ictimai asayışı pozmuşdular.

Universitet nümayəndələrinin verdiyi məlumata görə, saxlanılan şəxslərə qanunsuz olaraq binaya daxil olma, əmlakın qəsdən məhv edilməsi, ictimai asayişin pozulması və bu hərəkətləri birlikdə planlaşdırmaq kimi ittihamlar irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti