Bakı. Trend:
Türkiyə 2025-cü ilin aprel ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 6 milyon 454 min 32 dollara çatdırıb.
Trend-in xəbərinə görə, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz azalaraq, 26 milyon 70 min 44 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 12 milyon 635 min 489 dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 3 milyon 145 min 722 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 14,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 37 milyon 970 min 141 dollar məbləğində avtomobil ixrac edib.