Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp husilərin döyüşü dayandırdığını elan etdiklərini açıqlayıb.
Trend xəbər verir ki, ABŞ Prezidenti bu barədə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı jurnalistlərə deyib.
“Husilər daha döyüşmək istəmədiklərini açıqladılar. Onlar sadəcə döyüşmək istəmirlər və biz bunu qəbul edəcəyik. Biz də bombalamanı dayandıracağıq. Onlar təslim oldular. Husilər deyirlər ki, daha gəmiləri partlatmayacaqlar. Bizim bu işi etməkdə məqsədimiz də elə bu idi”, - deyə Tramp əlavə edib.