...

Kanada satılmır və satılmayacaq - Mark Karni

Dünya xəbərləri Materials 7 May 2025 00:25 (UTC +04:00)
Kanada satılmır və satılmayacaq - Mark Karni

Bakı. Trend:

Kanada satılmır və heç zaman da satılmayacaq.

Trend xəbər verir ki, bu sözləri Kanadanın baş naziri Mark Karni Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı ABŞ liderinin Kanadanın 51-ci ştat olması ilə bağlı istəyinə cavab olaraq deyib.

"Daşınmaz əmlak işindən də bildiyiniz kimi, satılmayan bəzi yerlər var. Kanada da satılmır, heç vaxt satılmayacaq", - Karni ABŞ Prezidentinə deyib. O xalqın da bunu istəmədiyini bildirib və əlavə edib ki, keçmişdə də olduğu kimi iki ölkə arasında tərəfdaşlıq və birgə görüləcək işlər üçün fürsət mövcuddur.

Xəbər lenti

Xəbər lenti