Bakı. Trend:
Əgər tərəflər Tehranın nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, ABŞ administrasiyası İrana maksimum təzyiq göstərməyə və ölkəyə neft ixrac etmək imkanından məhrum etməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ər-Riyadda Səudiyyə-Amerika İnvestisiya Forumunda çıxışı zamanı deyib.
"Mən İranla müqavilə bağlamaq istəyirəm. Əgər İranla müqavilə bağlaya bilsəm, çox sevinərəm, bölgənizi və bütün dünyanı daha təhlükəsiz bir yerə çevirəcəyik. Amma İran rəhbərliyi bu zeytun budağından imtina edərsə və qonşularına hücum etməkdə davam edərsə, o zaman bizim İran neftinin ixracını sıfıra endirməklə kütləvi maksimum təzyiq göstərməkdən başqa çarəmiz qalmayacaq", - deyə D.Tramp bildirib.
O, ABŞ-nin İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün “bütün lazımi tədbirləri görəcəyini” vurğulayıb. "İranın heç vaxt nüvə silahı olmayacaq", - D.Tramp bildirib.