Bakı. Trend:
ABŞ və Çin İsveçrədəki görüşlərdən sonra sıçrayışlı ticarət və iqtisadi razılaşmalar əldə ediblər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
O əlavə edib ki, lakin tərəflər xırda detallarda razılığa gəlməlidirlər.
O bildirib ki, əldə olunan razılaşmalara əsasən, Çin öz bazarlarını Amerika biznesi üçün tam şəkildə açmağa razılaşıb. "Lakin Çin ticarət və digərlər baxımından ABŞ-a açıq olmağa razılaşıb", - Ağ Ev rəhbəri qeyd edib.