Bakı. Trend:
İran Amerika sərmayəsi ilə uranın zənginləşdirilməsi üçün Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaratmağı təklif edib.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, bazar günü Omanda İranın xarici işlər naziri Abbas Əraqçi həmin planı ABŞ prezidentinin elçisi Steven Uitkoffa təqdim edib.
Qeyd edilib ki, İran bu təşəbbüsə Vaşinqtonun nüvə proqramından tamamilə imtina tələbinə alternativ kimi baxır. Nəşr konsorsiumun mümkün iştirakçıları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adını çəkir.