...

Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünün vaxtı məlum deyil - KİV (YENİLƏNİB)

Dünya xəbərləri Materials 15 May 2025 17:01 (UTC +04:00)
Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünün vaxtı məlum deyil - KİV (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçiriləcək görüşün vaxtı ilə bağlı bir aydınlıq yoxdur, Kiyev danışıqlar üzrə öz mövqeyini səsləndirməlidir.

Trend xəbər verir ki, bu barədə rus KİV-ləri öz mənbəsinə istinadən məlumat yayıb.

xxx

10:52

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar nahardan sonra başlayacaq.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

xxx

09:24

Rusiya nümayəndə heyəti Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Ukrayna tərəfi ilə danışıqlarda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə gəlib. Danışıqların bu gün start götürəcəyi bildirilir.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.

Rusiyanın danışıqlarda iştirak edəcək nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.

Bundan əlavə, Rusiyanın nümayəndə heyətinə XİN müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və silahlı qüvvələrin baş qərargahının baş idarəsinin rəisi İqor Kostyukov daxildir.

Ukrayna tərəfindən isə danışıqlarda prezident ofisinin rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov, xarici işlər naziri Andrey Sibiqa və dövlət başçısının müşaviri İqor Jovkva iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti