...

Bu gün Avropada yaradılmış nizam müxtəlif tərəflərdən pozulmaya məruz qalır - Avropa Şurasının sədri

Dünya xəbərləri Materials 16 May 2025 15:51 (UTC +04:00)
Bu gün Avropada yaradılmış nizam müxtəlif tərəflərdən pozulmaya məruz qalır - Avropa Şurasının sədri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tirana. Trend:

Bu gün Avropada yaradılmış qaydalara əsaslanan nizam müxtəlif tərəflərdən pozulmaya məruz qalır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Avropa Şurasının sədri Antoniu Koşta Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində Tiranada keçirilən ilk plenar sessiyada çıxışı zamanı bildirib.

“Bugünkü görüşün mövzusu tam yerinə düşür – “Yeni dünyada yeni Avropa”. Düşünürəm ki, bugün Avropa Siyasi Birliyi üçün ən önəmli sual məhz budur: Yeni dünyada Avropa nə kimi rol oynayır?

İkinci dünya müharibəsinin başa çatmasından sonra biz BMT nizamnaməsi, beynəlxalq hüquq və ticarət və əməkdaşlığın genişləndirilməsi əsasında yeni dünya nizami qurduq. Düzdür bu be beynəlxal düzən ideal deyildi, ancaq o xüsusilə Avropada sülh və artan rifah üçün möhkəm təməl rolunu oynayır. Bu gün qaydalara əsaslanan bu nizam müxtəlif tərəflərdən pozulmaya məruz qalır”,- deyə o bildirib.

Koşta qeyd edib ki, Ukraynadakı müharibə Avropa qitəsinə miqyaslı müharibəni geri qaytardı.

"Bu müharibə bütün beynəlxalq ictimaiyyətə və bizim üçün dəyərli olan prinsiplərə – milli suverenliyə, beynəlxalq sərhədlərin toxunulmazlığına və ərazi bütövlüyünə hücumdur", – deyə o vurğulayıb.

Koşta əlavə edib ki, onilliklər ərzində beynəlxalq ticarət və iqtisadi əməkdaşlıq xalqları birləşdirib və qarşılıqlı rifaha töhfə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti