Bakı. Trend:
İsveçin paytaxtı Stokholm şəhərində casusluqda şübhəli bilinərək təhlükəsizlik polisi (SEPO) tərəfindən saxlanılmış daha sonra isə sərbəst buraxılmış isveçli diplomat vəfat edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, İsveç Təhlükəsizlik Xidməti (SEPO) diplomat ilə milli təhlükəsizlik üzrə müşavir Tobiass Tibberqin təyinatından dərhal sonra qəfil istefası arasında əlaqə ola biləcəyindən şübhələnir.
“Diplomatik xidmətin bir əməkdaşının öldüyünü təsdiqləyə bilərik. Ailə üzvlərinə hörmətsizlik olmasın deyə, əlavə təfərrüatları açıqlanmır”, - məlumatda qeyd olunub.