Bakı. Trend:
İsrail ordusu Qəzza zolağına hücumları gücləndirib və oradakı hərbi əməliyyatların miqyasını genişləndirməyə hazırlaşır.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"Son sutka ərzində İsrail Müdafiı Ordusu əməliyyatların genişləndirilməsi və müharibənin məqsədlərinə nail olunması, o cümlədən girovların azad edilməsi və HƏMAS terror təşkilatının məhv edilməsi üçün Qəzza zolağının ərazilərində operativ nəzarətin yaradılması üçün kütləvi zərbələr endirməyə və qoşunları səfərbər etməyə başlayıb", - deyə ordudan bildirilib.
“İsrail dinc əhalisini qorumaq və müharibənin məqsədlərinə nail olmaq üçün fəaliyyətini davam etdirəcək”, - mətbuat xidməti əlavə edib.