...

Tramp Putinlə görüşünün keçiriləcəyinə əmindir

Dünya xəbərləri Materials 17 May 2025 04:39 (UTC +04:00)
Tramp Putinlə görüşünün keçiriləcəyinə əmindir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həlli üçün Rusiya prezidenti Vladimir Putinlə görüşün təşkili və keçirilməsinin mümkünlüyünə əmin olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Fox News" telekanalına müsahibəsində deyib.

"Düşünürəm ki, biz razılıq əldə edəcəyik, görüşməliyik, məncə, hesab edirmək, bunu planlaşdıra bilərik". - deyə o bildirib.

Cavabına davam edən D.Tramp Vladimir Zelenski ilə görüşlərinin asan olmadığını qeyd edib.

"Onun dedikləri xoşuma gəlmirdi, o, işləri daha da mürəkkəbləşdirirdi. Dəfələrlə deyirdim ki, onun əlində kart yox idi və həqiqətən də əlində kart yox idi, bu barədə mən səmimiyəm", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti