...

Rusiyada Şiveluç vulkanı 8 km hündürlüyə kül püskürüb

Dünya xəbərləri Materials 17 May 2025 05:16 (UTC +04:00)

Bakı. Trend:

Kamçatkanın şərqindəki Şiveluç vulkanı şənbə günü səhər dəniz səviyyəsindən 8 km yüksəkliyə çatan kül sütunu ilə püskürüb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Şleyf şimal-şərq istiqamətində vulkandan Ozernoye körfəzinə doğru yayılır", - deyə bildirilib.

Qeyd olunub ki, hazırda yaşayış məntəqələrində kül düşməsi yoxdur. Lakin küləyin istiqaməti dəyişərsə, Ust-Kamçatski və Tiqilski rayonlarının, eləcə də Karaginski rayonunun yaşayış məntəqələrində az miqdarda külün çökməsi ehtimalını istisna etmək olmaz.

Xəbər lenti

Xəbər lenti