Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp zərurət yaranarsa, Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyini, lakin bunu etməməyə üstünlük verəcəyini bildirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Fox News" telekanalına müsahibəsində deyib.
"Lazım olsa, bunu edəcəyəm", - deyə o, Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirməyə hazır olduğuna dair suala cavabında bildirib.
"Mən bunu etməməyi üstün tuturam", deyə D.Tramp vurğulayıb.