...

İtaliyanın Baş naziri Aİ-nin ekologiya siyasətini tənqid edib

Dünya xəbərləri Materials 18 May 2025 06:45 (UTC +04:00)
İtaliyanın Baş naziri Aİ-nin ekologiya siyasətini tənqid edib

Bakı. Trend:

İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, sərt ekoloji siyasət Avropanın iqtisadi sistemini dağıdır.

Trend xəbər verir ki, hökumət başçısı iqtisadi və sosial sabitliyin qorunması üçün ölkələri daha ehtiyatlı ekoloji keçidə səsləyib. O, bildirib ki, Avropa İttifaqında sürətli elektrikləşmə, xüsusən də elektromobilə keçid sənaye gücünü azaldır.

“Mən hər zaman demişəm ki, səhrada yaşıllıq olmur. Hər şeydən əvvəl Avropa sənayesini səhralaşmaqdan qorumaq lazımdır” – deyə hökumət başçısı qeyd edib.

Qeyd edək ki, Meloni dəfələrlə Avropa İttifaqının ekoloji siyasətini sərt tənqid edib, bunun bir çox vacib sektoru zərbə altına qoyduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti