...

Böyük Britaniya Avropa İttifaqı ilə yeni çoxsektorlu saziş imzalayacaq

Dünya xəbərləri Materials 18 May 2025 08:17 (UTC +04:00)
Böyük Britaniya Avropa İttifaqı ilə yeni çoxsektorlu saziş imzalayacaq

Bakı. Trend:

Böyük Britaniya yaxın vaxtlarda Avropa İttifaqı ilə yeni çoxsektorlu saziş imzalayacaq.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verib. Hökumət başçısı bildirib ki, sazişin məqsədi “Breksit”dən sonrakı münasibətləri daha da sıxlaşdırmaqdır.

Sənədlə bağlı hələlik ətraflı məlumat yoxdur. Lakin bazar ertəsi Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın Londona səfəri təsdiqlənib.

Tərəflərin başlıca olaraq müdafiə sahəsində müzakirələr aparacağı gözlənilir. Bununla belə, Starmer vahid bazarın yaradılması fikrini istisna edib.

Xəbər lenti

Xəbər lenti