Bakı. Trend:
Finlandiyada ölkənin Aviasiya Sənayesi Həmkarlar İttifaqları Birliyinin təşkil etdiyi tətil nəticəsində “Finnair” aviaşirkətinin yüzdən çox hava reysi təxirə salınıb, Helsinkinin Vantaa aeoportu müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, yeni kollektiv müqavilə üzrə aparılan danışıqlarla əlaqədar keçirilən etiraz aksiyasından 14 minə yaxın sərnişin zərər çəkib.
Bundan başqa, tətilin yüklərin yoxlanılmasında gecikmələrə səbəb olacağı gözlənilir ki, bununla əlaqədar sərnişinlərə aeroporta erkən gəlmələri tövsiyə olunub.