Bakı. Trend:
Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür.
Trend xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynada döyüşlərin dayandırılmasının tərəfdarıdır, lakin sülhə doğru ən səmərəli yolları inkişaf etdirmək lazımdır.
Putin deyib ki, Rusiya Ukrayna ilə atəşkəs də daxil olmaqla memorandum üzərində işləməyə hazırdır:
"Rusiya və Ukrayna arasında memorandum atəşkəs və nizamlanma prinsiplərini ehtiva edə bilər. Rusiya və Ukrayna bütün tərəflərə uyğun kompromislər tapmalıdır".