Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı (BMT) Avropa İttifaqının (Aİ) Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarını müsbət qiymətləndirib.
Trend xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı açıqlama verib.
“Biz bu mühüm qərarı alqışlayırıq və ümid edirik ki, bu addım bütün Suriya xalqının həyatını və ölkə iqtisadiyyatını bərpa etməsinə yardım edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Aİ-nin xarici işlər naziri Kaya Kallas çərşənbə axşamı Brüsseldə keçirilən Aİ Şurasının iclasından sonra bəyan edib ki, İttifaq üzv dövlətləri Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğvinə qərar veriblər.