...

Çin ÜST-ə 500 milyon dollar əlavə maliyyə dəstəyi ayırmaq niyyətindədir

Dünya xəbərləri Materials 21 May 2025 00:57 (UTC +04:00)
Çin ÜST-ə 500 milyon dollar əlavə maliyyə dəstəyi ayırmaq niyyətindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin hökuməti növbəti beş il ərzində Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 500 milyon dollar məbləğində əlavə maliyyə dəstəyi göstərməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

“Çin qarşıdakı beş il ərzində ÜST-ə 500 milyon dollar əlavə maliyyə dəstəyi ayırmaq niyyətindədir. Bu vəsait Qlobal İnkişaf Fondu və Cənub əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək”, – deyə nümayəndəlikdən bildirilib.

Daimi nümayəndəlik əlavə edib ki, Pekin ÜST-ün qlobal səhiyyə idarəçiliyində aparıcı və əlaqələndirici rolunu dəstəkləyir. Bununla belə, qeyd olunub ki, tərəflər hələlik ayrılacaq maliyyənin məqsədyönlü istifadəsi ilə bağlı yekun razılığa gələ bilməyiblər.

Xəbər lenti

Xəbər lenti