...

ABŞ-nin yeni “Qızıl Qübbə” sistemi nüvə təhlükəsinə qarşı da yönələcək

Dünya xəbərləri Materials 21 May 2025 02:12 (UTC +04:00)
ABŞ-nin yeni “Qızıl Qübbə” sistemi nüvə təhlükəsinə qarşı da yönələcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin yaradacağı yeni raket əleyhinə müdafiə sistemi – “Qızıl Qübbə” – nüvə silahları da daxil olmaqla, müxtəlif təhdidlərin qarşısını almağa yönələcək.

Trend xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset Ağ Evdə ABŞ Prezidenti Donald Trampla birlikdə keçirdiyi brifinqdə məlumat verib. Brifinq zamanı yeni müdafiə sisteminin yaradılması üçün vəsaitin ayrıldığı elan olunub.

“Biz vətənimizi qanadlı, ballistik və hipersəs raketlərindən, eləcə də adi və ya nüvə başlıqlı pilotsuz təyyarələrdən qoruyacağıq”, – deyə Heqset bildirib. O, yeni sistemin yaradılmasını “Amerikanın təhlükəsizliyinə mühüm investisiya” adlandırıb.

Məlumatda qeyd edilir ki, bu layihə ABŞ-nin istənilən raket təhdidlərinə qarşı – o cümlədən “bərabər və müqayisə edilə bilən gücə malik olan” raketlərə qarşı – qeyri-məhdud, qlobal, dərin qatlı və çoxsahəli müdafiə imkanlarının yaradılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti