...

Panama bayraqlı tanker İran sahillərində qaçırılmış ola bilər - Ambrey

Dünya xəbərləri Materials 21 May 2025 03:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqəli Panama bayrağı altında üzən tanker İran sahillərində qaçırılmış ola bilər.

Trend xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Ambrey şirkətinə istinadən Reuters agentliyi məlumat yayıb.

Bildirilir ki, insident İranın Oman körfəzi sahilində, Cask limanından 51 dəniz mili (təxminən 94,5 km) şimal-qərbdə baş verib. Ambreyin verdiyi məlumata görə, gəminin ekipajı təcili radio mesajında tankerinin qaçırılması barədə məlumat verib.

Hazırda hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti