...

Kanada ABŞ-nin “Qızıl Qübbə” raketdən müdafiə sisteminə qoşulmaq istəyir

Dünya xəbərləri Materials 21 May 2025 08:25 (UTC +04:00)
Kanada ABŞ-nin “Qızıl Qübbə” raketdən müdafiə sisteminə qoşulmaq istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada hökuməti ABŞ administrasiyası ilə Ottavanın Amerikanın “Qızıl Qübbə” (Iron Dome) raketdən müdafiə sistemi layihəsinə qoşulması ilə bağlı danışıqlara başlayıb.

Trend xəbər verir ki, bu barədə məlumatı CTV telekanalı Kanadanın Baş naziri Mark Karninin ofisindəki mənbəyə istinadla yayıb. Məlumata görə, məsələ artıq iki ölkə arasında müzakirə olunur, lakin detallar hələlik açıqlanmır.

ABŞ Prezidenti Donald Tramp da bu barədə açıqlama verərək, Kanadanın layihəyə maraq göstərdiyini təsdiqləyib və məsələni Kanada rəhbərliyi ilə müzakirə edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti