Bakı. Trend:
Pakistanın cənub-qərbində yerləşən Baloçistan əyalətinin Xuzdar rayonunda terror hücumu törədilib. Terrorçu məktəb şagirdlərini daşıyan avtobusu hədəfə alıb.
Trend bu barədə xarici KİV-lərə istinadən məlumat verir.
Məlumata görə, Xuzdar rayonunun hökumət rəsmisi Yasir İqbal Dəşti mətbuata verdiyi açıqlamada partlayış nəticəsində azı nəfərin öldüyünü, 38 nəfərin yaralandığını təsdiqləyib.
“Məktəb avtobusu Pakistan Müdafiə nazirliyinin nəzdində olan ictimai məktəbə aid olub və partlayış bu səhər intiharçı-terrorçu tərəfindən törədilib”, - o bildirib.