Bakı. Trend:
ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək hüququnu özündə saxlayır, lakin Ukrayna böhranının həlli prosesində bu tədbirə əl atmamağa üstünlük verir.
Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibi və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib.
"Fikrimcə, [ABŞ prezidenti Donald Tramp] aydın şəkildə bildirdi ki, o, lazım gələrsə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək variantının olduğunu aydın başa düşür", - deyə M.Rubio hazırkı administrasiyanın Ukrayna böhranının həlli üçün Rusiyaya qarşı “maksimum təzyiq” siyasətini yürütməməsi ilə bağlı suala cavab olaraq bildirib.
“O [Tramp] onların [hər iki tərəfin] sülh sazişi ilə razılaşmasına üstünlük verərdi. Bu, onları sülh sazişi bağlamağa sövq etməyə çalışmaqdan ibarət bir prosesdir", - deyə dövlət katibi əlavə edib.