...

Pentaqonda ABŞ-nin hərbi ehtiyacları üçün süni intellektdən istifadə müzakirə edilib

Dünya xəbərləri Materials 22 May 2025 03:04 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin müdafiə naziri Pit Heqset orduda süni intellektin (AI) istifadəsini müzakirə etmək üçün Pentaqonda İlon Maskla görüşüb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyi xəbər verib.

Görüşün Maskın ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) daxilindəki fəaliyyəti ilə bağlı olmadığı qeyd edilib.

ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib ki, müzakirə mövzusu süni intellektdən ABŞ-ın hərbi ehtiyacları üçün istifadəsi olub.

"Müdafiə Nazirliyi döyüşçülərimizin 21-ci əsrin təhdidlərinə cavab verməyə hazır olmasını təmin etmək üçün süni intellekt liderləri ilə işləməyə niyyətindədir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti