...

Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi Vatikanda baş tuta bilər - KİV

Dünya xəbərləri Materials 22 May 2025 07:12 (UTC +04:00)
Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi Vatikanda baş tuta bilər - KİV

Bakı. Trend:

Rusiya və Ukrayna arasında danışıqların yeni raundu iyunun ortalarında Vatikanda keçirilə bilər.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, bu danışıqlarda ABŞ dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq da daxil olmaqla, Amerika nümayəndə heyəti də iştirak edəcək.

Bundan əvvəl yeni Roma Papası XIV Leo Ukraynada sülh prosesinə yardım etməsinə, o cümlədən Vatikan ərazisini danışıqlar üçün platforma kimi təqdim etməyə hazır olduğunu bəyan edib. Bu təşəbbüs ABŞ prezidenti Donald Tramp tərəfindən müsbət qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti