...

Tramp nüvə reaktorlarının tikintisini sürətləndirən sərəncam imzaladı

Dünya xəbərləri Materials 24 May 2025 01:26 (UTC +04:00)
Tramp nüvə reaktorlarının tikintisini sürətləndirən sərəncam imzaladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkədə nüvə reaktorlarının tikintisi layihələrinin təsdiqini sürətləndirmək və nüvə texnologiyalarının ixracı üzrə xüsusi nümayəndə təyin olunmasını nəzərdə tutan sərəncam imzalayıb.

Trend xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Sərəncamın imzalanması mərasimində Prezidentin köməkçisi və Ağ Evin icraçı katibi Uill Şarf bildirib ki, sənəd Pentaqon üçün elektrik enerjisi hasil edəcək reaktorların və süni intellekt texnologiyaları ilə işləyən məlumat mərkəzlərinin inşasını tezləşdirməyi hədəfləyir.

“Fərmanla eyni zamanda, nüvə texnologiyalarının ixracı üzrə xüsusi nümayəndə vəzifəsi təsis edilir və bu sahədə yeni strategiya hazırlanır”, – deyə Şarf əlavə edib.

Onun sözlərinə görə, bu təşəbbüs sayəsində ABŞ nüvə texnologiyalarına maraq göstərən xarici alıcılarla əməkdaşlıq qurmaqla öz sənayesini daha da inkişaf etdirə bilər.

Xəbər lenti

Xəbər lenti