...

ABŞ "Apple", "Samsung" və digər smartfon istehsalçılarına qarşı rüsumlar tətbiq edə bilər

Dünya xəbərləri Materials 24 May 2025 08:35 (UTC +04:00)
ABŞ "Apple", "Samsung" və digər smartfon istehsalçılarına qarşı rüsumlar tətbiq edə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp iyunun sonuna qədər "Apple", "Samsung" və digər smartfon istehsalçılarına qarşı gömrük rüsumlarının tətbiq edilə biləcəyini bildirib.

Trend xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı açıqlama verib.

Prezidentdən "Apple" şirkətinə qarşı 25 faizlik rüsum tətbiqi ilə bağlı son açıqlamasının digər istehsalçılara aid olub-olmadığı soruşulub. Tramp cavabında bildirib: “Onların sayı daha çox olacaq. Onların arasında “Samsung” və bu məhsulları istehsal edən digərləri də olacaq, əks halda bu ədalətsiz olardı”.

ABŞ lideri əlavə edib ki, yeni rüsumlar iyunun sonuna qədər qüvvəyə minə bilər: “Düşünürəm ki, biz bunu iyunun sonuna qədər lazımi qaydada edəcəyik”.

Tramp həmçinin vurğulayıb ki, əgər elektronika istehsalçıları zavodlarını ABŞ ərazisinə köçürsələr, onlara qarşı rüsum tətbiq olunmayacaq.

Xəbər lenti

Xəbər lenti