Bakı. Trend:
Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar çərçivəsində 20-dən çox bankın SWIFT sistemindən çıxaırlmasının mümkünlüyünü nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Avropa İttifaqı təxminən 20 bankın maliyyə əməliyyatlarına əlavə qadağaların tətbiqi və 2,5 milyard avroya yaxın həcmdə yeni ticarət məhdudiyyətlərinin mümkünlüyünü nəzərdən keçirir”, - deyə məlumatda qeyd olunur.
“Bloomberg” mənbələrə istinadən xəbər verir ki, Avropa Komissiyası Qərb ölkələri üçün Rusiya neftinin son hədd qiymətini təxminən bir barreli 45 ABŞ dollarına qədər azaltmağı planlaşdırır.
Xatırladaq ki, mayın 20-da Avropa İttifaqı Rusiyaya qarşı sayca 17-ci sanksiyalar paketini təsdiqləyib.