Bakı. Trend:
ABŞ-nin Kolorado ştatının Kolorado-Sprinqs şəhərində baş verən atışma nəticəsində azı 6 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə ABC News polisə istinadən məlumat yayıb.
İnsident mayın 24-də yerli vaxtla saat 23:00-dan sonra qeydə alınıb. 911 xidmətinə edilən zənglərdə vətəndaşlar atışma ilə bağlı narahatlıq ifadə ediblər.
Polisin açıqlamasında bildirilib ki, hadisə bir neçə nəfər arasında mübahisə nəticəsində başlayıb və sonradan atışmaya çevrilib.
Yaralılardan biri xəstəxanaya yerləşdirilib, digərlərinin vəziyyətinin sabit olduğu qeyd olunub. Hazırda hadisə ilə bağlı istintaq aparılır. Təqsirləndirilən şəxslərin saxlanılması barədə məlumat verilməyib.