Bakı. Trend:
Fransanın cənubundakı Riviera bölgəsi 48 saatdan az bir müddətdə ikinci dəfə genişmiqyaslı elektrik kəsintisi ilə üzləşib.
Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, hadisənin səbəbi Nitsa şəhərindəki elektrik yarımstansiyasında baş verən yanğın olub.
Hakimiyyət orqanlarının ilkin dəyərləndirmələrinə əsasən, yanğının qəsdən törədildiyi ehtimal olunur.
Nitsa şəhərinin meri Kristian Estrosi hadisəni sərt şəkildə qınayaraq bunu “ölkəyə qarşı cinayət əməli” adlandırıb.
Qeyd edək ki, bu hadisə beynəlxalq kinofestivalın keçirildiyi Kannda baş verən ilk elektrik kəsintisindən bir gün sonra qeydə alınıb.