...

Tokio Alyaska LNG layihəsinin rentabelliyinə şübhə edir – “Yomiuri”

Dünya xəbərləri Materials 26 May 2025 07:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Yaponiya və digər Asiya ölkələrinin Alyaskadakı mayeləşdirilmiş təbii qaz (LNG) layihəsində iştirak etməsini ticarət kəsirini və Amerikanın xərclərini azaltmaq üçün ümidverici yol kimi görür. Lakin Yaponiyanın layihənin iqtisadi səmərəliliyinə dair ciddi şübhələri var.

Trend xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Söhbət Alyaskadakı qaz yatağından gedir. Bu yataqdan qazın ixracı üçün ABŞ-ın qərb sahilindəki limana qədər 1300 kilometr uzunluğunda boru kəməri tikilməsi planlaşdırılır. Layihənin dəyəri ilkin olaraq 6 trilyon yen (təxminən 44 milyard dollar) həcmində qiymətləndirilsə də, Yapon tərəfi inflyasiya və digər iqtisadi amillərlə əlaqədar bu rəqəmin 10 trilyon yeni (təxminən 70 milyard dollar) keçəcəyindən ehtiyat edir.

Yaponiya Baş naziri Sigeru İsiba ilə ABŞ Prezidenti Tramp arasında keçirilən görüşdə bu məsələ müzakirə olunub. ABŞ administrasiyası layihəni Tokio ilə gömrük tarifləri üzrə danışıqlarda təzyiq aləti kimi istifadə etməyi planlaşdıra bilər.

Lakin qəzet qeyd edir ki, iri Yaponiya ticarət və enerji şirkətləri layihənin rentabelliyinə şübhə ilə yanaşır. Adı açıqlanmayan böyük bir Yapon şirkətinin rəhbəri, layihənin 2031-ci ildə hasilata başlaması hədəfinin reallıqdan uzaq və həddindən artıq nikbin olduğunu bildirib.

Bununla yanaşı, “Yomiuri” təchizat mənbələrinin diversifikasiyasının Yaponiya üçün strateji baxımdan vacib olduğunu vurğulayır. Nəşr xüsusilə Rusiyanın “Arktik LNG 2” layihəsinə ABŞ tərəfindən tətbiq edilən sanksiyalar fonunda, Yaponiyanın bu layihədən tədarük perspektivlərini tamamilə itirdiyini xatırladır.

Xəbər lenti

Xəbər lenti