Bakı. Trend:
Rusiyada Moskvanın Domodedovo və Jukovski aeroportlarında hava reyslərinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.
Trend xəbər verir ki, bu barədə Rosaviasiya məlumat yayıb.
“Domodedovo və Jukovski aerportlarında hava gəmilərinin qəbulu və uçuşuna qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb”, - deyə məlumatda qeyd olunur.
xxx
11:49
Rusiyanın paytaxtı Moskvanın Domodedovo və Jukovski hava limanlarında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər qoyulub.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı (Rosaviasiya) Agentliyinin mətbuat katibi Artyom Korenyako öz “Telegram” kanalında məlumat yayıb.
“Uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə aeroportlar müvəqqəti olaraq reyslər qəbul etmir və göndərmir”, - deyə mətndə deyilir.
Rəsminin sözlərinə görə, aeroport əməkdaşları və təyyarələrin ekipaj üzvləri sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün lazımi tədbirləri görür.