...

“Tiktok” ABŞ-dəki personalını ixtisar etməyə başlayıb

Dünya xəbərləri Materials 26 May 2025 12:49 (UTC +04:00)
“Tiktok” ABŞ-dəki personalını ixtisar etməyə başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“TikTok Shop” restrukturizasiya və kadr dəyişiklikləri çərçivəsində ABŞ-dəki işçi ştatının ixtisarına başlayıb.

Trend xəbər verir ki, bu barədə “Business Insider” nəşri daxili korporativ yazışmalara və şirkətin anonimliyini qoruyan əməkdaşlarının ifadələrinə istinadən məlumat yayıb.

Şirkətin ABŞ-dəki elektron ticarət şöbəsinin rəhbərin Mu Tsinə göndərilmiş sənəddə qeyd olunur ki, şirkət bu dəyişikliklərə “komandanın uzunmüddətli inkişafı üçün daha effektiv əməliyyat modellərini yaratmaq yollarını diqqətlə təhlik etmə məqsədilə” gedib.

Çərşənbə günü səhər işçilər iş yerlərinin ixtisarı ilə bağlı bildirişlər almağa başlayıblar. Bəzilərinə iki aylıq inzibati məzuniyyət və şirkətdə iş stajına görə əlavə kompensasiya daxil olmaqla, işdən azad edilən zaman verilən birdəfəlik müavinət təklif olunub. İxtisara məruz qalan işçilərin dəqiq sayı bəlli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti