...

Rumıniyada prezidentliyə keçmiş namizəd siyasətdən getdiyini açıqlayıb

Dünya xəbərləri Materials 27 May 2025 00:24 (UTC +04:00)
Rumıniyada prezidentliyə keçmiş namizəd siyasətdən getdiyini açıqlayıb

Bakı. Trend:

Millətçi siyasətçi və Rumıniya prezidentliyinə keçmiş namizəd Kalin Corcesku prezident seçkilərindən sonra siyasətdən getdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə o, Facebook-da yayımlanan video müraciətində bildirib.

"Rumıniyada prezident seçkiləri başa çatıb. Bununla əlaqədar olaraq siyasi proseslərdə fəal iştirakımı dayandırmaq qərarına gəldim. Hazırda bütün diqqətimi ailəmə yönəldirəm", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti