Bakı. Trend:
Böyük Britaniya kralı III Çarlz mayın 27-də Ottavada Kanadaya səfəri çərçivəsində yeni parlamentin ilk iclasının açılışında çıxış edəcək.
Trend-in məlumatına görə, çıxışın əsas mövzusu Kanada hökumətinin qanunvericilik gündəliyi olacaq.
Parlamentin ilk iclasını adətən Kanadanın Baş Qubernatoru açır. III Çarlz Kanada parlamentinin iclasını açan ikinci monarx olacaq. Kraliça II Yelizaveta bundan əvvəl Ottavada iki dəfə - 1957 və 1977-ci illərdə belə bir çıxış etmişdi.