Bakı. Trend:
Həkimlər Braziliya prezidenti Luis İnasiu Lula da Silvaya daxili qulağın iltihabı (labirintit) diaqnozu qoyublar.
Trend-in məlumatına görə, bu barədə "G1" portalı xəbər verib.
Məlumata əsasən, bu səbəbdən Braziliya prezidenti günün sonunda qədər iş görüşlərini ləğv etməyə məcbur qalıb.
"Prezident Luis İnasiu Lula da Silva bazar ertəsi, mayın 26-da başgicəllənmə hiss etdi və ona labirintit diaqnozu qoyuldu. O, Braziliadakı Suriya-Livan Xəstəxanasında rentgen və qan analizindən keçib və nəticə normal olub", - deyə xəstəxanın açıqlamasında bildirilib.
Braziliya prezidenti rəsmi iqamətgahındadır, ona gün ərzində istirahət etməsi tövsiyə olunur.