...

Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər

Dünya xəbərləri Materials 27 May 2025 08:16 (UTC +04:00)
Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib.

"Tramp bu həftə Moskvaya qarşı sanksiyalar tətbiq etməyi imkanını nəzərdən keçirir", - deyə bildirilib.

Nəşrin mənbələrindən birinə görə, məhdudiyyətlərə çox güman ki, yeni bank sanksiyaları daxil olmayacaq, digər variantlar müzakirə olunur.

Öz növbəsində, Ağ Evin mətbuat katibi Karolin Livitt "The Wall Street Journal"a deyib ki, Donald Tramp danışıqlar yolu ilə sülh sazişi əldə etmək istədiyini açıq şəkildə bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti