Bakı. Trend:
Avropa İttifaqı ölkələri 2030-cu ilə qədər su istehlakını 10% azalda bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının hazırladığı planda qeyd olunub.
Plana əsasən, Aİ ölkələrinə su təmizləmə infrastrukturuna illik 23 milyard avro investisiya yatırmaq da tövsiyə olunacaq.
Qeyd edilir ki, bu sənəd Aİ Komissiyasının suyun səmərəli istifadəsinə dair konkret hədəflər müəyyənləşdirməyə yönəlmiş ilk təşəbbüsüdür.